Fabreqas üçün əlamətdar oyun

“Çelsi” İngiltərə Premyer Liqasının 21-ci turunda öz meydanında “Sauthempton”la qolsuz bərabərə qalıb. Newsport.az “Opta” saytına istinadən xəbər verir ki, sözügedən qarşılaşma “zadəganlar”ın futbolçusu Sesk Fabreqas üçün əlamətdar olub. 

Belə ki, ispan yarımmüdafiəçi karyerasında ingilis klublarıyla 500-cü matçına çıxıb.

Fabreqas 2003-2011-ci illərdə formasını geyindiyi “Arsenal”da 306, 2014-cü ildən çıxış etdiyi “Çelsi”də isə 197 oyun keçirib.

Fabreqas 2014-cü ildə “Barselona”dan “Çelsi”yə transfer edilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right