Rayan Giqqz: "Azərbaycana səfər bizi qorxutmur"

"Balanslaşdırılmış qrupdayıq. Daha da güclü, ya da zəif qrupa düşə bilərdik". 

Newsport.az-ın məlumatına görə, bu sözləri Uels milli komandasının baş məşqçisi Rayan Giqqz deyib. AÇ-2020-nin seçmə mərhələsinin püşkatmasına münasibət bildirən mütəxəssis qrupdakı komandaları dəyərləndirib:

"Xorvatiya qrupda favoritdi. Digər rəqiblər də çətindi. Xorvatların Luka Modriç kimi ulduzu var. Onlar xarakterli komandadı və uduzmaqla barışmırlar. Onları məğlub etmək üçün çalışacağıq. Slovakiya da yaxşı rəqibdi. Onların heyətində güclü futbolçular cəmləşib. Bu sözləri Macarıstana da aid etmək olar".

45 yaşlı mütəxəssis Azərbaycan milli komandası barədə bunları deyib:

"Azərbaycandan başqa, digər səfərlərimiz qısa olacaq. Buna görə də sevinirəm. Ancaq uzun yol bizi qorxutmur. Azərbaycan gözəl ölkədi və yeni stadionları var. Orada hər şey yaxşıdı. Səfərə bir gün əvvəl gedəcəyik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right