Daliç Azərbaycanın adını çəkmədi: "Qrupu ilk iki pillədə başa vurmalıyıq"

"Qrupumuz nə çətin, nə də asan deyil. Slovakiya və Macarıstana iki qısa səfərimiz var. Hər bir rəqibi yaxşı qiymətləndirmək lazımdı".

Newsport.az-ın məlumatına görə, bu sözləri Xorvatiya milli komandasının baş məşqçisi Zlatko Daliç deyib. AÇ-2020-nin seçmə mərhələsinin püşkatmasına münasibət bildirən mütəxəssis qrupdakı komandaları dəyərləndirib:

"Beş komandanın qərarlaşdığı qrupda mübarizə aparacağıq və 8 oyun keçirəcəyik. Bu qrupda ən yaxşı olmaq istəyirik. Uels millisinin baş məşqçiis Rayan Giqqz bizim favorit olduğumuzu söylədi. Lakin mənimlə raşılaşdı ki, onlar xəyanət edərək, qrupda lider ola bilərlər (gülür). Böyük mübarizə gözləyirəm. Slovakiya da son Avropa çempionatında 1/8 finala yüksəlmişdi. Bundan əlavə, macarlar da həmin turnirdə yaxşı çıxış edib. Özümüzə güvənməli və rəqiblərə hörmətlə yanaşmalıyıq. Son dünya çempionatının gümüş mükafatçısıyıq və hər kəs bizi dəf etmək istəyir. Ancaq biz nə etməli olduğumuzu bilirik. Qrupu ilk iki pillədə başa vurmalıyıq".

Qeyd edək ki, AÇ-2020-nin seçmə mərhələsinin E qrupunda Xorvatiya, Uels, Slovakiya, Macarıstan və Azərbaycan milliləri yer alıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right