"Qarabağ"a keçən futbolçuya görə ziyana düşdülər

Türkiyədə transfer pəncərəsinin bağlanmasına az qalmış "Bursaspor"un əldə etdiyi gəlir bəlli olub.

Newsport.az-ın məlumatına görə, Bursa təmsilçisi 4,7 milyon avro gəlir əldə edib. Super Liqa klubu  2017-ci ilin yayında "Admira Vakker"dən 400 min avroya aldığı Con Delarjı ucuz qiymətə satıb. Azərbaycan  çempionu "Qarabağ" "yaşıl timsahlar"ın 28 yaşlı konqolu forvardını 170 min avroya alıb. Bu isə Türkiyə klubunu 230 min avro ziyana salıb. Bursalılar digər transferlərdən qazanc götürüb.

Super Liqa klubu U-21 millimizin üzvü Ozan Can Kökcünü I Liqa təmsilçisi "Giresunspor"a keçməsinə mane olmayıb. Aşağı liqa klubu ilə 3 illik müqavilə imzalayan vingeri sözləşməsinə əsasən, "Bursaspor" gənc oyunçunu istədiyi vaxt heyətinə qaytara bilər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right