Baş məşqçi açıqladı: "Şeydayevin komandamıza qoşulmasını gözləyirik"

Avstriyanın "Mattersburq" klubunun baş məşqçisi Jerald Baumqartner açıqlama verib.

Newsport.az-ın məlumatına görə, Bundesliqa klubunun çalışdırıcısı "Trabzonspor"da çıxış edən milli komandamızın hücumçusu Ramil Şeydayevi transfer etməkdə israrlı olduqlarını deyib:

"Şeydayev üçün şərtlərimizi demişik. Onun komandamıza qoşulmasını gözləyirik. Transfer dönəminə bir müddət var. Ramilə təklifimizi etmişik. Əgər bizə gəlməsə, alternativ variantlara baxmalı olacağıq".

Qeyd edək ki, Şeydayevin "Trabzonspor"la 2020-ci ilə qədər müqaviləsi var.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right