DÇ-2018: İsveç və İngiltərə 1/4 finalda Yenilənib

Futbol üzrə dünya çempionatında bu gün keçiriləcək daha 2 oyunla 1/8 final mərhələsinə yekun vurulacaq.
 
Newsport.az-ın məlumatına görə, əvvəlcə İsveç və İsveçrə komandaları qarşılaşacaq. İsveç F qrupunda Meksika, Almaniya və Cənubi Koreya ilə mübarizə aparıb. Komanda qrup mərhələsinin ilk matçında Cənubi Koreyanı 1:0 hesabı ilə məğlub etsə də, II turda Almaniyaya 1:2 hesabı ilə uduzub. Avropa təmsilçisi son turda Meksikanı 3:0 hesabı ilə üstələyib və 6 xalla qrup lideri kimi mərhələ adlayıb.
 
İsveçrə isə Braziliya, Kosta-Rika və Serbiya ilə birgə E qrupunda mübarizə aparıb. İlk turda Braziliya ilə 1:1 hesablı heç-heçə edən komanda ikinci turda Serbiyanı 2:1 hesabı ilə yenib. Avropalılar son turda isə Kosta-Rika ilə heç-heçə edib - 2:2. Nəticədə İsveçrə 5 xalla qrup ikincisi kimi 1/8 finala çıxıb. 
 
İsveç və İsveçrə yığmaları ilk dəfə 1920-ci ildə üz-üzə gəliblər. Bu vaxta qədər 28 dəfə qarşılaşan avropalılar dünya çempionatları tarixində ilk dəfə üz-üzə gələcəklər. 
 
Günün digər oyununda isə Kolumbiya və İngiltərə yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər.
 
G qrupunda Belçika, Tunis və Panama ilə mübarizə aparmış ingiltərəlilər üç oyunun ikisində qələbə qazanıb və bir qarşılaşmada uduzub. Komanda ilk turda Tunisi 2:1, II turda isə Panamanı 6:1 hesabı ilə məğlub edib. 1966-cı ilin dünya çempionlarıı son turda Belçikaya 0:1 hesabı ilə uduzublar və 6 xalla qrup ikincisi olublar.
 
Kolumbiya isə Yaponiya, Seneqal və Polşa ilə birlikdə H qrupunda çıxış edib. Cənubi amerikalılar ilk turda Yaponiyaya 1:2 hesabı ilə uduzsalar da, II turda Polşanı 3:0, III turda isə Seneqalı 1:0 hesabı ilə məğlub edərək, 6 xalla qrup lideri kimi növbəti mərhələyə vəsiqə qazanıblar.
 
İngiltərə və Kolumbiya yığmaları dünya çempionatları tarixində ikinci dəfə qarşılaşacaqlar. Komandalar ilk dəfə 1998-ci il mundialında üz-üzə gəliblər. Sözügedən qarşılaşma britaniyalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
 
DÇ-2018
1/8 final
3 iyul
 
22:00. Kolumbiya - İngiltərə - 1:1 pen - 3:4
Qollar: 
Keyn, 58-pen (0:1), Yerri Mina, 90+3 (1:1)
Hakimlər: Mark Qeyqer (ABŞ), Co Fletçer (Kanada), Frank Anderson (ABŞ), Mettuu Konqer (Yeni Zelandiya).
Moskva, "Spartak" stadionu
 


18:00. İsveç - İsveçrə - 1:0
Qol: 
Emil Forsberg, 66
Hakimlər: Damir Skomina, Yure Praprotnik, Robert Vukan (hamısı Sloveniya), Navaf Şukralla (Bəhreyn).
Sankt Peterburq, "Sankt-Peterburq" stadionu

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right