Efirə lüt çıxacaq İngiltərə çempion olsa

İngiltərə millisinin sabiq futbolçusu və hazırda telekanalların birində aparıcı işləyən Qari Lineker növbəti iddialı açıqlama verib.

Newsport.az-ın məlumatına görə, o deyib ki, İngiltərə millisi mundialın kubokunu qazansa, efirə alt paltarı ilə çıxacaq.

Qeyd edək ki, Lineker 2015-ci ildə “Lester” İngiltərə Premyer Liqasında çempion olacağı təqdirdə efirə alt paltarında çıxacağını bildirmişdi. Komanda çempion olduğu üçün o, vədinə əməl etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right