Premyer Liqa klubu bu keçidə 40 milyon avro ödəməyə hazırdı

“Liverpul” “Bordo”nun futbolçusu Malkomun xidmətində maraqlıdı.

Newsport.az-ın xəbərinə görə, bu barədə məlumatı İngiltərə mətbuatı yayıb.

Xəbərdə “qırmızılar”ın baş məşqçisi Yurgen Kloppun 21 yaşlı braziliyalının xidmətində maraqlı olduğu qeyd edilib. “Liverpul” gənc futbolçunun keçidi üçün 40 milyon avro ödəməyə hazırdı.

“Bordo”nun əsas heyət üzvlərindən olan Malkom cari mövsümdə şans qazandığı 36 oyunda 10 qol vurub, 7 məhsuldar ötürmə edib. Futbolçunun xidmətində “Mançester Yunayted” də maraqlıdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right