Aleksis Sançezə həps cəzası kəsildi

“Mançhester Yunayted”in qış transfer pəncərəsində “Arsenal”dan  heyətinə qatdığı Aleksis Sançez həps cəzası alıb.

Newsport.az Ingiltərə mətbuatına istinadən xəbər verir ki,  29 yaşlı futbolçu vergidən yayınmaqda günahlandırılaraq, 16 aylıq həps cəzası alıb. O,  “Barselona”da çıxış etdiyi müddətdə (2011-2014)  vergidən yayınaraq,  983 min 443 avro miqdarında pulu İspaniya xəzinəsindən gizlətib. 19 ay müddətində Sançez pulu geri qaytarmayacağı təqdirdə, çilili futbolçunu həps cəzası gözləyir.

Qeyd edək ki, 29 yaşlı hücumçunun vergidən yayındığı pulu faiziylə birgə qaytarmağa razılıq verdiyi deyilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right