Budaq Nəsirovun komandasından qələbə

Portuqaliya Sequndasında 13-cü turun oyunları keçirilib. 

Newsport.az xəbər verir ki, Budaq Nəsirovun şərəfini qoruduğu “Sportinq”in B komandası öz meydanında “Oliveyrense” ilə qarşılaşıb. Matç Nəsirovun komandasının qələbəsi ilə bitib - 2:0. 

Budaq meydana sona 11 dəqiqə qalmış daxil olub. “Sportinq” ikinci qolu məhz həmyerlimiz meydana daxil olduqdan sonra vurub. 

Qeyd edək ki, "Sportinq" hazırda 18 xalla 20 klub arasında 9-cu pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right