Simulyasiya edən futbolçunun zədəsi ciddi oldu

Çempionlar Liqasının 2-ci turunda “Barselona”yla oyunda zədələnən “Sportinq”in (Lissabon) futbolçusu Seydu Dumbiyanın son durumuna aydınlıq gəlib.

Newsport.az-ın məlumatına görə, Kot-Divuardan olan oyunçu 2 ay yaşıl meydanlardan kənarda qalacaq.

Xatırladaq ki, matçın 40-cı dəqiqəsində cərimə meydançasında özünü yerə ataraq penalti qazanmaq istəyərkən zədələnən və 4 dəqiqə sonra əvəzlənən hücumçu hakimi aldatmağa cəhd etdiyinə görə sarı vərəqə ilə cəzalandırılmışdı.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right