"Qəbələ"nin sabiq futbolçusu: "Azərbaycanda yalnız iki komanda çempionluğa oynayır"

"Qəbələ"nin sabiq futbolçusu Sergey Zenyov "soccernet.ee" saytına açıqlama verib.

Newsport.az xəbər verir ki, Polşanın "Krakovya" klubunda çıxış edən estoniyalı hücumçu bu ölkənin çempionatını ilə Azərbaycan Premyer Liqasını müqayisə edib:

"Azərbaycan Premyer Liqası ilə müqayisədə Polşa çempionatı çox maraqlıdır. Azərbaycanda yalnız iki komanda çempionluğa oynayır. Polşa çempionatının səviyyəsi çox yaxşıdır. Demək olar ki, bütün komandalar eyni gücdədir. Buna görə də nələr olacağını bilmək olmur, çox maraqlıdır. Stadionlar da gözəl və böyükdür. Oyunlara çoxlu azarkeş gəlir. Polşada böyük futbol atmosferi hiss etdim”.

Qeyd edək ki, 2015-2017-ci illərdə "Qəbələ”də çıxış edən 28 yaşlı futbolçu  47 oyunda 8 qol vurub. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right