Georgi Nikolov: “Heç olmasa “İnter”ə “Zabrat” adını qoyaydılar”

Bakının “İnter” klubunun sabiq prezidenti Georgi Nikolov sosial şəbəkədə maraqlı paylaşım edib. “İnter”in adının “Keşlə” ilə əvəzlənməsinə toxunan Nikolov bu haqda kinayəli status yazıb.

Newsport.az-ın məlumatına görə, o, komandanın yeni adının “Zabrat” olmasını daha məqbul sayır:

“İnter”in adına 10 ildi davam edən hücumlar axır ki, uğurla nəticələndi. Heç olmasa “Zabrat” adını qoyaydılar. Axı bizim klub orada doğulub. İstənilən halda, keşləlilər rahat nəfəs ala bilərlər. “Aqrarkredit” isə “Keşlə Arena”da onlar üçün əlavə tribunalar tikdirməlidi”.

Qeyd edək ki, 2006-cı ildən klubda prezident postunu tutan bolqarıstanlı futbol adamı 2015-ci ilin dekabrında “İnter”dən kənarlaşdırılmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right