Kamran Ağayevin debüt arzusu baş tutmadı

Bu gün Çexiya I Liqasında 2-ci tura yekun vurulacaq.

Newsport.az-ın məlumatına görə, milli komandamızın qolkiperi Kamran Ağayevin formasını geyindiyi "Mlada" klubu doğma meydanda "Sparta" ilə qarşılaşacaq. Sözügedən oyunda Kamran Praqa klubuna qarşı oynamayacaq. Millimizin üzvü açıqlanan start heyətdə yer almayıb.

Ağayevin oynamamasının səbəbi yüngül zədəsi və artıq çəkisinin olmasıdır.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right