"Qəbələ"dən göndərilən futbolçu Cənubi Koreya klubunda FOTO

Mövsüm başa çatdıqdan sonra "Qəbələ"dən göndərilən Daniel Subotiç özünə yeni iş yeri tapıb. 

Newsport.az-ın məlumatına görə, 28 yaşlı hücumçu karyerasını Cənubi Koreyada davam etdirəcək. İsveçrəli forvard ölkənin yüksək liqasında mübarizə aparan "Ulsan Hyundai" klubu ilə münasibətlərini rəsmiləşdirib. 

O, yeni klubu ilə 1 illik sözləşmə imzalayıb. 

Qeyd edək ki, Subotiç qış transfer dönəmində "Qəbələ"yə cəlb olunmuşdu. O, "qırmızı-qaralar"ın heyətində keçirdiyi 11 oyunda 3 qolla yadda qalmışdı. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right