22 yaşlı futbolçu karyerasını başa vurdu

Belçika millisinin və “Gent”in yarımmüdafiəçisi Tomas Foket karyerasını müvəqqəti olaraq başa vurub.

Newsport.az-ın məlumatına görə, 22 yaşlı futbolçu razılığa gəldiyi “Atalanta” klubu üçün tibbi müayinədən keçərkən problem yaşayıb. Gənc oyunçunun ürəyində problem aşkarlanıb.

Həkimlər futbolçuya idmanla məşğul olmağı qadağan ediblər. Foketl 6 ay futboldan kənarda qalacaq. İlin sonunda növbəti dəfə müayinədən keçəcək və futbolçunun durumuna aydınlıq gələcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right