Keçmiş futbolçu villasını hərraca çıxarıb Borca görə

“Milan”ın və Braziliya millisinin sabiq müdafiəçisi Kafu borclarına görə San-Paulu ştatındakı villasını hərraca çıxarıb.

Newsport.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, villaya alıcı tapılmazsa, qiymətin iki dəfə azaldılacağı bildirilir.

Keçmiş futbolçunun əmlakının qiyməti 7,4 milyon avro olacaq. Alıcı tapılmazsa, qiymət iki dəfə azalacaq. Kafunun borclarının ümumi məbləği 1,8 milyon avroya yaxındır.

2500 kvadratmetrdən çox ərazini əhatə edən dördmərtəbəli villada futbol meydançası, oyun otağı, kinoteatr otağı, sauna və lift var.

Kafu mülkün ailə sərvəti olduğunu izah edərək, villanın satışının əleyhinədir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right