Fransa millisinin baş məşqçi postunda dəyişiklik olmayacaq

Fransa Futbol Federasiyasının (FFF) prezidenti Filip Diallo Zinəddin Zidanın milliyə baş məşqçi təyin oluna biləcəyindən danışıb. 

Newsport.az xəbər verir ki, “Sport.es”ə danışan federasiya rəhbəri baş məşqçi postunda dəyişiklik olmayacağını bildirib: 

"Hazırda milli komandaya Didye Deşam başçılıq edir. Fransa millisi üçün 2026-cı ilə qədər vəzifəsində qalacaq ən yaxşı məşqçiyə sahibik. Hansısa dəyişiklik haqda düşünmürük".

55 yaşlı mütəxəssis 2012-ci idlən Fransa millisinə rəhbərlik edir. Onun müqavilə müddəti iki ildən sonra başa çatacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right