"Mançester Yunayted"in futbolçusu komandaya qayıdacaq

"Ayntraxt" "Mançester Yunayted"dən icarəyə götürdüyü Donni van de Beeklə bağlı qərar verib.

Newsport.az xəbər verir ki, Frankfurt təmsilçisi niderlandlı yarımmüdafiəçini komandada saxlamaq istəmir. Bu barədə "Bild" nəşri məlumat yayıb.

Almaniya klubu 26 yaşlı oyunçunu birdəfəlik transfer etmək üçün 8,5 milyon avro ödəməyəcək. Futbolçu mövsümün sonunda İngiltərəyə qayıdacaq.

Qeyd edək ki, "Mançester Yunayted" Donni van de Beeki yanvar ayında "Ayntraxt"a icarəyə verib. Yarımmüdafiəçi komandanın heyətində 6 Bundesliqa matçında meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right