"Liderliyimi sonrakı mərhələlərdə də qorumağa çalışacam" Azərbaycan komandasının üzvü

"Tur de Azerbayjan" veloturunun II mərhələsinin qalibi Kiril Pozdnyakov qələbəsi haqda danışıb.

Newsport.az saytının İsmayıllıya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, Azərbaycanın “Synergy Baku” klubunun idmançısı qələbəsi haqda bunları deyib:

- Hər şey çox gözəl idi. Sevinirəm ki, qalib gəldim. Son 20 kilometr daha çətin və maraqlı keçdi.

- Dağ mərhələdindən sonra liderlər qrupundan ayrıldın. Buna necə nail oldun?

- Bu çox vacib mərhələ idi. Ona görə də qalib gəlmək üçün əlimdən gələni etdim. Əvvəlcədən planlaşdırmışdım ki, qrupla birgə hərəkət edim və sona yaxın liderliyi ələ alım.

- Liderlik maykasını qoruya biləcəksən?

- Təbii ki, bunu qorumağa çalışacam. Yarışa qələbə üçün qatılmışıq. Əlimizdən gələn hər şeyi edəcəyik.

- Mərhələnin qalibi oldun. Bundan sonrakı mərhələlər haqda nə düşünürsən?

- Taktikamız dəyişməyəcək. Məqsədimiz ümumi yarışda qalib gəlməkdi. Taktikamıza sadiq qalacağıq.

- Son üç mərhələnin hansına özünü şanslı görürsən?

- Yaxşı nəticə əldə etməyə çalışacam. 4-cü mərhələdə özümü daha şanslı hesab edirəm.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz