“Synergy Baku” komandasının üzvü finişə I çatdı

Bu gün “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turunun ikinci mərhələsinə start verilib.
 
Newsport.az-ın məlumatına görə, cari mərhələdə velosipedçilər Şıxovdan start götürərək 187 kilometr məsafə qət edərək İsmayıllıya çatıblar.
 
Bu mərhələdə finiş xəttini ilk keçən Azərbaycanı təmsil edən “Synergy Baku” komandasının üzvü Kiril Pozdnyakov olub. O, 4 saat 47,49 saniyəyə finişə çatıb.
 
Qeyd edək ki, yarışda 18 ölkədən 22 komanda mübarizə aparır. Onlardan da 6-sı peşəkar kontinental, "Synergy Baku" da daxil olmaqla 16-sı kontinental kollektivdir.
 
İştirakçılar III mərhələdə Qəbələ-Şəki-Qəbələ (177 km), IV mərhələdə Qəbələ-Ağsu-Pirqulu (164 km) və sonuncu mərhələdə Bakı-Abşeron-Bakı (158 km) marşrutu üzrə ümumilikdə, 836 kilometr məsafə qət edəcəklər. Əvvəlki illərdən fərqli olaraq bu il turun IV mərhələsinə Ağsu dolaylarının əlavə edilməsi yarışa olan marağı daha da artırıb.




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz