Prezident idman jurnalistlərini təltif etdi

Bu gün Prezident İlham Əliyev Milli Mətbuat Günü münasibəti ilə bir qrup jurnalistin fəxri adlar, orden və medallarla təltif edilməsi haqda sərəncamlar imzalayıb.

Newsport.az-ın məlumatına görəAzərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görə fəxri ad alan jurnalistlər arasında Qol.az saytının baş redaktoru Aydın Bağırov da var.

Qeyd edək ki, A.Bağırov həm də “525-ci qəzet”in redaktor heyətində yer alır.

Bundan başqa, idman mediasından “Xəzər TV”nin aparıcısı Sənan Abdullayev, "Report"un müxbir Elşən Məmmədov isə “Tərəqqi” medalı ilə təltif edilib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right