III Avropa Oyunlarının keçiriləcəyi ölkə açıqlandı

2023-cü ildə keçiriləcək III Avropa Oyunlarına ev sahibliyini edəcək ölkənin adı açıqlanıb.

Newsport.az-ın məlumatına görə, yarış Polşanın Krakov şəhərində keçiriləcək.

Yarışmaya ev sahibliyi edəcək şəhərin seçilməsi barədə qərar Avropa Olimpiya Komitəsinin Minskdə keçirilən baş assambleyasında qitənin 50 milli komitəsi tərəfindən açıq səsvermə yolu ilə qəbul olunub.

Qeyd edək ki, Avropa Oyunları Avropa Olimpiya Komitəsinin idarəçiliyi ilə dörd ildən bir keçirilir. Yarışma ilk dəfə 2015-ci ildə Bakı şəhərində təşkil olunub. İkinci Avropa Oyunları Belarusun paytaxtı Minskdə keçirilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right