Azərbaycan birinciliyinə start verilib

Bu gün yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinə start verilib.

 

Newsport.az-ın məlumatına görə, Bakı Boks Mərkəzində keçiriləcək yarış 6 gün davam edəcək.

Birincilikdə ölkəmizin müxtəlif şəhər və rayonlarını təmsil edən komandaların 200-dək idmançısı mübarizə aparacaq. Yarışa qatılacaq 2003-2004-cü il təvəllüdlü boksçular 16 çəki dərəcəsində mükafatçıları müəyyənləşdirəcəklər.

Turnirin baş hakimi Anar Nağdiyev olacaq.

Qeyd edək ki, yarış iyulda Bolqarıstanda təşkil olunacaq Avropa birinciliyinə seçim xarakteri daşıyır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right