Toğrul Əsgəovdan dopinq açıqlaması

London-2012 Yay Olimpiya Oyunlarının çempionu Toğrul Əsgəov dopinqlə tutulması xəbərinə münasibət bildirib. 

Newsport.az-ın məlumatına görə, Toğrul bildirib ki, istifadəsi qadağan olunan hər hansı bir preparatdan istifadə etməyib:

“İlin əvvəlində Hindinstanda iştirak etdiyim Peşəkar Güləş Liqasının yarışları zamanı qida rasionunda dəyişiklik zamanı çox güman ki, orqanizmimə belə maddə düşüb. Dopinqdən tamam uzaq idmançıyam, hər zaman ədalətli mübarizə prinsiplərinə sadiq qalmışam və yenə də sadiq olacağam. Azarkeşlər narahat olmasın, onsuz da zədəmlə bağlı bir müddət güləşməyəcəyəm. Əməliyyat olunmalıyam. Böyük qələbələr hələ irəlidir, inşallah, tam sağaldıqdan sonra yenidən böyük uğurlara imza atacağam”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right