Kamran Ağayev Avropa Liqası üçün sifariş olundu

Çexiyanın "Mlada" klubu yeni transferi - millimizin üzvü  Kamran Ağayevi UEFA-ya sifariş edib.

Newsport.az-ın məlumatına görə, Ağayevin adı Avropa Liqasının 3-cü təsnifat mərhələsində Albaniyanın "Skenderbeu" klubu ilə oyunlar üçün "Mlada"nın iştirak ərizəsinə daxil edilib. 31 yaşlı əlcək sahibi 30 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, "Mlada" - “Skenderbeu” matçı bu gün Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Baş məşqçi Duşan Urqinin şans verəcəyi halda, Kamran yeni komandasında debüt etmək fürsəti əldə edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right