"Qarabağ" - PAOK: biletlər satışa çıxır

Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ" oktyabrın 20-də Yunanıstanın PAOK klubunu qəbul edəcək. 

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, qarşılaşmanın biletləri oktyabrın 17-si saat 12:00-dan etibarən satışa çıxacaq. Azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.

Biletlərin sektorlar üzrə qiymətlər belədir:

1-7 və 22-27 nömrəli sektorlar - 1 AZN

8-10 və 19-21 nömrəli sektorlar - 2 AZN

11,12 və 17, 18, 29, 38 nömrəli sektorlar - 5 AZN

13 və 16 nömrəli sektorlar - 10 AZN

14 və 15 nömrəli sektorlar - 20 AZN

VİP - 50 AZN





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right