"Qəbələ" "Anderlext"lə oyunun hazırlığına start verdi

“Qəbələ” UEFA Avropa Liqasının qrup mərhələsinin ilk matçının hazırlıqlarına başlayıb.

Newsport.az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının IV turunun dünən keçirilən səfər oyununda “Neftçi” ilə qarşılaşan (8:0) “qırmızı-qaralar” Belçikanın “Anderlext” klubu görüş üçün məşqlərə bu gün start verib.

Günün ilk yarısında baş tutan hazırlıqda futbolçular iki qrupa bölünüblər. “Neftçi” ilə matçın iştirakçıları bərpaedici məşqlə kifayətləniblər. Digər oyunçular isə Bakı Olimpiya Stadionunda topla çalışıblar. Sabaha nəzərdə tutulan məşq də iki qrupda keçiriləcək. Birincilər fiziki hazırlıq keçəcəksə, digərləri yaşıl meydanda məşq edəcək.

Xatırladaq ki, “Anderlext” – “Qəbələ” matçı sentyabrın 15-də keçiriləcək. Brüsselin “Konstant van den Stok” stadionundakı görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right