“Qarabağ” - “Höteborq” oyununa nə qədər bilet satılıb?

Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Qarabağ” - “Höteborq” oyununa bilet satışının başlaması barədə məlumat vermişdik.

Newsport.az-ın məlumatına görə, biletlərin satışa çıxdığı ilk gündə artıq 4 min bilet satılıb. Bu barədə məlumatı Ağdam klubunun rəsmi “facebook” səhifəsi yayıb.

“Qarabağ” - “Höteborq” oyunu avqustun 25-də, saat 20:30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Bu komandalar arasında İsveçdə baş tutmuş ilk oyun “Höteborq”un 1:0 hesablı qələbəsiylə nəticələnib.

Biletlər Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satılır.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right