"QƏBƏLƏ" - “Böyük beşlik" klubu üzərində qələbə qazanan ilk Azərbaycan klubu

“Qəbələ” Azərbaycan futbolu tarixində ilkə imza atıb.

Newsport.az-ın məlumatına görə, “qırmızı-qaralar” “Böyük beşlik” çempionatlarını təmsil edən rəqib üzərində qələbə qazanan ilk Azərbaycan klubu kimi tarixə düşüb. Əyalət klubu bunu Avropa Liqasının “Lill”lə Bakıdakı oyununda gerçəkləşdirib. Təmsilçimiz Fransa klubunu 1:0 hesabı ilə məğlub edib.
 
Bu oyuna qədər “Böyük beşlik” klubları ilə 21 matç keçirən komandalarımız tilsimi 22-ci dueldə qırıb. Bunadək Fransa klubları ilə 7, Almaniya təmsilçiləri ilə 6, İtaliya komandaları ilə 4, İngiltərə və İspaniyanın hərəsi ilə 2 dəfə görüşən futbolçularımız 21 matçda 7 heç-heçəyə sevinib, 14 dəfə uduzmuşdu. Komandalarımız almaniyalılarla ingiltərəlilərə daim uduzubsa, ispaniyalılarla 1, italiyalılarla 2, fransalılarla 4 heç-heçə etmişdi. Sonuncularla 8-ci dueldə qazanılan qələbə ilə tarix yazıldı.
 
“Böyük beşlik” klublarına bunadək 9 qol vurub, 42-ni buraxan təmsilçilərimizin 10-cu topuna da “Qəbələ” imza atdı. Fərqlənən isə Filip Ozobiç oldu. Bu ölkələrin klublarından ən çox əziyyət çəkən “Qarabağ” olub. Ağdamlılar fransalılarla 6, almaniyalılarla 4, italiyalılarla və ingiltərəlilərlə 2 dəfə görüşsə də, 14 matçda 4 heç-heçə və 10 məğlubiyyət görüb. “Qəbələ” fransalılar və almaniyalılarla ümumilikdə 4 matçda 1 qələbə, 1 heç-heçə və 2 məğlubiyyət görüb. “Neftçi” İtaliya, “İnter” İspaniya təmsilçisinə 1 dəfə uduzubsa, 1 bərabərlik də əldə edib.
 
1999/2000, İntertoto kuboku “Qarabağ” – “Monpelye” (Fransa) – 0:3, 0:6
2010/11, Avropa Liqası “Borussiya” (D, Almaniya) – “Qarabağ” – 4:0, 1:0
2012/13, Avropa Liqası “Neftçi” – “İnter” (İtaliya) – 1:3, 2:2
2013/14, Avropa Liqası “Qarabağ” – “Ayntraxt” (Almaniya) – 0:2, 1:2
2014/15, Avropa Liqası “Qarabağ” – “Sent-Etyenn” (Fransa) – 0:0, 1:1; “İnter” (İtaliya) - “Qarabağ” – 2:0, 0:0
2015/16, Avropa Liqası “Qəbələ” – “Borussiya” (D, Almaniya) –1:3, 0:4; “Monako” (Fransa) – “Qarabağ” – 1:0, 1:1; “Atletik” (İspaniya) – “İnter” – 2:0, 0:0; “Tottenhem” (İngiltərə) – “Qarabağ” – 3:1, 1:0
2016/17, Avropa Liqası “Lill” (Fransa) – “Qəbələ” – 1:1, 0:1





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right