“Qəbələ” “Lill”lə cavab oyununun hazırlıqlarına fasiləsiz start verdi

"Qəbələ” Avroliqanın III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Lill”ə qarşı keçiriləcək qarşılaşmanın hazırlıqlarına fasiləsiz start verib.
Newsport.az-ın məlumatına görə, cümə günü axşam saatlarında vətənə qayıdan "qırmızı-qaralar” dünən məşqə çıxıb. "Lill”lə oyunda meydanda olan futbolçular fitnes salonunda çalışıblar. Fransadakı matçın iştirakçıları bərpaedici məşqlə kifayətləniblər. Digər oyunçular isə toplu çalışmalara üstünlük veriblər. "Qırmızı-qaralar” növbəti məşqini bu gün gerçəkləşdirəcək. Bakıda hazırlıq keçən komanda günün ikinci yarısında bir araya gələcək.

Qeyd edək ki, "Qəbələ” "Lill”lə "Bakcell Arena”da avqustun 4-də üz-üzə gələcək. Rəqib meydanında baş tutan oyun 1:1 hesabı ilə yekunlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right