"İmarət"in BATE ilə oyunda şousu

Futbolun bəzəyi təkcə qol deyil, həm də fəal azarkeşlərdir. Dünyada bir çox klublar güclü fanat ordusuna sahibdir. Əvvəllər onlara baxıb həsəd aparardıq. Ancaq indi bizdə də belə fanat ordusu var. "İmarət" savadlı, vətənpərvər futbolsevərlərin toplaşdığı azarkeş qrupu kimi tanınır.

Əvvəllər bu fanklub daha çox sosial-siyasi fəaliyyətdə daha çox diqqət cəlb edirdi. Ancaq illər keçdikcə "İmarət"çilər də "Qarabağ"la birgə böyüdü və püxtələşdi. Onları avrokubok oyunları vaxtı tapmaq çətin deyil. Tofiq Bıhramov adına Respublika stadionunun 2-ci sektorundan verdikləri möhtəşəm dəstək dərhal nəzərə çarpır. Özü də nəticədən asılı olmayaraq 90 dəqiqə müxtəlif şüar və ritmik hərəkətlərlə tribunalarda dirijor funksiyasını yerinə yetirirlər. Onlar üçün başqa cür ola da bilməz. Axı onlar Allahverdi Bağırovun əsgərləridir.

Bu ildən "İmarət"in dəstəyi daha da möhtəşəm təsir bağışlayır. Fakt göz önündədir. Elə bu kadr hər şeyi deyir. BATE ilə oyunda "Qarabağ"ın ən böyük fanat ordasının çıxardığı "hoqqa" hər bir futbolsevərin zövqünü oxşamağa kifayət edər. Belə də davam edin, uşaqlar! Digər sektorları da zəbt edin ki, "Tofiq Bəhramov" çönüb olsun Ağdamın "İmarət" stadionu. Bax onda çətin kimsə "Qarabağ"a burda bata bilsin.

Mərdan HƏSƏNOV

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right