"Qələbədən sonra iddialarımız daha da yüksəldi"

“Tarixi bir gecə yaşadıq. Mərhələ adlamağı haqq edirdik. Son saniyələrə qədər mübarizə apardıq. Heç kim inanmırdı, lakin “Roma” var. Sadəcə, bunu qəbul etmək lazımdır”.

Newsport.az xəbər verir ki, bu sözləri Çempionlar Liqasında “Barselona”nı məğlub edən “canavarlar”ın yarımmüdafiəçisi Kostas Manolas bildirib. 26 yaşlı futbolçu əlavə olaraq bunları deyib:

“Bu azarkeşlərlə hər şeyi bacara biləcəyimizi bilirdik. Qələbədən sonra iddialarımız daha da yüksəldi. Mümkünsüz heç nəyin olmadığını anladıq”.

Qeyd edək ki, “Roma” ilk oyunda  4-1 məğlub olmasına baxmayaraq  cavab matçında 3-0 qalib gələrək mərhələ adlayan tərəf olub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right