“Qarabağ” son vaxtlar çox irəliləyiş əldə edib” - “Roma”nın müdafiəçisi

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində “Qarabağ”ın qonağı olacaq “Roma”nın müdafiəçisi Juan Jesus  mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

-  Sizə elə gəlmir ki, müdafiədən oynayandan bəri komandanızın çıxışı elə də yaxşı alınmır?

- Məqsədimiz top olan yerdədi. Fikrimcə, bu məsələ həddən çox şişirdilir. Komanda şəklində oynayırıq.

- Sabah tribunada 60 mindən çox fanat olacaq və  Azərbaycan prezidenti İlham Əliyev də görüşü izləyəcək. Sabahkı görüş çətin olmayacaq?

-  Çətin olacaq. Rəqib ilk oyunda məğlub olduğu üçün bu matç onlar üçün vacibdi. Onlar ilk matçdakı nəticənin təsadüf olduğunu  sübut etməyə çalışacaqlar.

- Əvvələr “İnter”in heyətində “Neftçi” və “Qarabağ”a qarşı oynamısan. Bu görüşləri necə xatırlayırsan?

- “Cüzeppe Meatsa”dakı oyun yadımdadı. “Qarabağ” son vaxtlar çox irəliləyiş əldə edib. Bugünkü “Qarabağ” həmin dövrdəkindən güclüdü.

- Yeni mövsüm sizin üçün yaxşı başladı. Sizcə, bu məşqçinin əməyidi, ya əvvələr “Roma”ya öyrəşə bilmirdiniz?

- Yeni kluba keçəndə öyrəşməyə vaxt lazımdı. Bu məsələnin təsiri var. Təbii məşqçidən də asılıdı. Amma mən də üzərimdə işləyirəm. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right