"Qarabağ"dan tarixi uğur!

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yekun vurulub.

Newsport.az-ın məlumatına görə, turnirdəki təmsilçimiz “Qarabağ” da həlledici qarşılaşmaya çıxıb. Qurban Qurbanovun komandası səfərdə “Kopenhagen”in qonağı olub.

Ağdam klubu Bakıdakı ilk oyunda 1:0 hesablı qələbə qazandığından səfərə üstün yollanıb. Danimarka təmsilçisi 2:1 hesablı qələbə qazansa da, çempionumuz bu nəticə ilə qrup mərhələsinə yüksəlib. 

Beləlilkə “Qarabağ” növbəti dəfə ilkə imza atmaqla Azərbaycan futbolunun tarixə düşüb. 


UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab görüşü

23 avqust

22:45. “Kopenhagen” (Danimarka) - “Qarabağ” (Azərbaycan) - 2:1
Qol:
Federiko Santander, 41+1 (1:0), Dino Ndlovu, 63 (1:1), Pavloviç, 66 (2:1)
Baş hakim: Alberto Undiano Malyenko 
Kopenhagen. “Parken” stadionu





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right