"Kopenagen"in baş məşqçisi: "Mərhələ keçmək şansımız var"

"İlk oyundakı hesab ürəkaçan olmasa da, bizim üçün maneə deyil. Biz bunu Çempionlar Liqasının III təsnifat mərələsində "Vardar"la oyunda sübut etmişik".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Kopenagen"in baş məşqçisi Steyl Solbakken deyib. 

Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"ın rəqibi olan Danimarka klubunun baş məşqçisi açıqlama verib. O, hazırda "Qarabağ"ın üstün durumda olmasını qeyd etməklə yanaşı, komandasının mərhələ adlamaq şanslarının olduğunu da bildirib: "Adətən bu mərhələnin oyunları çətin olur. İlk görüşdən sonra "Qarabağ"ı favorit adlandırmaq olar. Amma unutmayaq ki, bizim də şansımız var. "Qarabağ" qapalı oyuna üstünlük verəcək. Ancaq biz öz meydanımızda oynayırıq, tribunalar dolu olacaq. Azarkeşlərin dəstəyi ilə daha artığına nail olmaq niyyətindəyik".

Qeyd edək ki, avqustun 23-də keçiriləvək “Kopenhagen” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right