"Qarabağ" Çempionlar Liqasının üçüncü mərhələsində YENİLƏNİB

Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunları davam edir.

Newsport.az-ın məlumatına görə, Azərbaycan çempionu "Qarabağ" bu gün növbəti matçına çıxacaq.

Ağdam təmsilçisi Lüksemburqda "Düdelanj"lın qonağı olacaq. Bakıda rəqibinə 2:0 hesabı ilə qalib gələn "Qarabağ" növbəti mərhələyə çox yaxındır. Bunun üçün Qurban Qurbanovun komandasını minimal hesablı məğlubiyyət də qane edəcək.

Qeyd edək ki, bu cütün qalibi III təsnifat mərhələsində Çexiyanın "Viktoriya" klubu ilə qarşılaşacaq.

 

 

20 iyul

Çempionlar Liqası, II təsnifat mərhələsinin cavab oyunu

20:00. "Düdelanj" (Lüksemburq) - "Qarabağ" (Azərbaycan) - 1:1 

Qollar: 
Ndaye, 72 (1:0), Reynaldo, 90+4 (1:1)
Reallaşdırılmayan penalti: Turpel, 37 ("Düdelanj") - qapıçı
İlk oyun - 0:2
Baş hakim: Kevin Klansi 
Köməkçi hakimlər: Stevenson Styuart və Karr Sin  
Dördüncü hakim: Robertson Donald (hamısı Şotlandiya)
"Jos Nosbaum" stadionu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right