Millimizdə yeni baş məşqçi ÖZƏL

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisinin yeni baş məşqçisi müəyyənləşib.
 
Newsport.az-a daxil olan özəl məlumata görə, yığmanı bundan sonra Aqil Nəbiyev çalışdıracaq. O, bu postda serbiyalı mütəxəssis Miloş Velebiti əvəz edib.
 
Nəbiyev bundan öncə U-16 millisinin "sükanı arxası"nda idi. 
 
Təyinatın sabah rəsmən açıqlanacağı gözlənilir.
 
Yığma komanda bu gün 38 yaşlı baş məşqçinin rəhbərliyi ilə təlim-məşq toplanışına başlayıb. Komanda fevralın 4-dək "Dalğa Arena"da hazırlıq keçəcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right