Namiq Ələsgərovun yubiley qolu

“Neftçi”nin futbolçusu Namiq Ələsgərov Azərbaycan Premyer Liqasında 20-ci qolunu vurub.

 

Newsport.az-ın məlumatına görə, bu, VI turun “Sabah”la görüşünə təsadüf edib. Komandasına 1:0 hesablı qələbə qazandıran yarımmüdafiəçi 144-cü oyununda 20-yə çatıb.

O, vurduğu qollardan 14-nə “Neftçi”də imza atıb. Namiq “Bakı”da 2, “Qarabağ”da 1, “Kəpəz”də 3 dəfə fərqlənib.

Ələsgərov ilk qolunu 2014-cü il martın 29-da “Bakı” – “Simurq” matçında (2:1) qonaqların qapısından keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right