“Səbail”lə “Keşlə” də yoxlama oyunu keçirəcək

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2-ci turuna hazırlığını davam etdirən klublar yoxlama görüşlərində qüvvələrini sınayacaqlar.

Newsport.az xəbər verir ki, “Keşlə” ilə “Səbail” bir-biriləri ilə üz-üzə gələcəklər.

Bu komandaların baş məşqçiləri sentyabrın 5-də futbolçularının hazırlıq durumu ilə tanış olacaq. “ASK Arena”da baş tutacaq “Keşlə” – “Səbail” qarşılaşmasına saat 18:00-da start veriləcək.

Qeyd edək ki, Premyer Liqanın 2-ci turunda “Keşlə” “Qarabağ”ı (11 sentyabr), “Səbail” isə “Zirə”ni (12 sentyabr) qəbul edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right