Bölgə klubu baş məşqçi və bütün futbolçuları qovdu YOXLAMA BAŞLADI

«Azərenerji»ASC-nin keçmiş prezidenti Etibar Pirverdiyev «Şahdağ»ı yenidən dirçəltməyin vaxtının yetişməsini, nəhayət ki, başa düşüb.

Yaxınlarda klubun fəaliyyətini dayandırmaq barədə göstərirş verən sabiq məmur, deyəsən, yuxarı instansiyaların xəbərdarlığı ilə üzləşib.

Və birdən-birə Qusar təmsilçisini real həyata qyatarmağın yollarını axtarıb tapmağa başlayıb. Pirverdiyev islahatlara Kamran Əlibabayevi baş məşqçi postundan uzaqlaşdırmaqla start verib.

Onunla yanaşı, bütün futbolçular komandadan göndərilib. Rəhbərlik qarşıya qoyulan hədəflərin yerinə yetirilməməsini qərarın səbəbi kimi göstərib. Yola salınanların hər birinə müqavilədə nəzərdə tutulan maaşlar ödənilib.

Artıq gələn mövsüm üçün planlar cızılır və yeni komanda qurulmasına hazırlıq görülür.. Pirverdiyev bölgə təmsilçisini I Diviziona qaytarmaq məqsədilə AFFA ilə danışıqlar aparılmasına göstəriş verib. Klubun zəmanətçisi kimi "Ekspressbank" çıxış edir.

Üç sezondur Region Liqasında mübarizə aparan "Şahdağ"ın sponsoru "Azenco"durr. Adıçəkilən şirkət Piverdiyevin nəzarətindədir. Əlibabayev yaxınlarda iddia etmişdi ki, "Azenco" son mövsümün yarımçıq qalan hissəsi üçün 165 min manat xərcləyib.

Pirverdiyev isə bu məbləğin şişirdilməsindən şübhələnib. O üzdən, kluba ayrılan vəsatin araşdırılmasını tapşırıb. Güman ki, biriləri əlbir olaraq, maliyyə sənədlərini saxtalaşdırıb və göstərilən məbləği tamamilə kluba sərf etməyib.

Pirverdiyev "Şahdağ"ı yenidən ölkənin peşəkar futbol səhnəsində görmək istəyirsə, yalnız Əlibabayevi postundan uzaqlaşdırmaqla kifayətlənməməlidir. Baş məşqçi ilə yanaşı, klubun idarəçiliyini tapşırdığı şəxsləri də buradan kənarlaşdırmalıdır.

AFFA, onsuz da, Əlibabayevi iş başında görmək istəmir. "Şahdağ"ın I Diviziondan didərgin salınması keçmiş prezident Ərəstun Niftiyevlə bərabər, həm də ona görədir.

SPORTİNFO.AZ





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right