Azərbaycanın üzünü ağardan futbolçu Nazim

Nazim Süleymanov - Azərbaycan futbolunun «qızıl 10-luğ»una düşən əfsanə.

Newsport.az-ın məlumatına görə, o, bir vaxtlar “Real” kimi klubun diqqətini cəlb etmiş yeganə azərbaycanlıdır.

Nazim Hacıbaba oğlu Süleymanov 17 fevral 1965-ci ildə Sumqayıt şəhərində anadan olub. 8-9 yaşlarından “Neftçi” İdman Cəmiyyətinin Sumqayıtda yerləşən filialında futbola başlayır.

17 yaşında "Neftçi İSM"in komandasında debüt edir. 1981-ci ildə Ağdamda keçirilən turnirin çempionu olduqdan sonra mütəxəssislərin diqqətini çəkir və SSRİ çempionatının ikinci liqasının 9-cu zonasında yarışan “Avtomobilçi”nin heyətinə cəlb olunur. 

İnamlı oyunu ilə seçilən Nazim Mingəçevirdən Azərbaycanın birinci komandasına - “Neftçi”yə dəvət alır. Karyerasının ən uğurlu illəri Rusiya çempionatı bağlıdır.

1995-cı ildə “Alaniya“ ilə çempion titulunu qazanan Nazim Süleymanov eyni zamanda Rusiya çempionatının ən sərrast futbolçusu kimi tarixə düşür. Onun Rusiya çempionatında futbolçu kimi sonuncu klubu Soçi “Jemçujina”sıdır.

 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right