Estoniya klubunun prezidenti Novruzovdan söz açdı "Daha bir azərbaycanlı futbolçunun gəlişini gözləyirik"

Estoniyanın "Narva-Trans" klubunun prezidenti Nikolay Burdakov yeni transferlərindən olan azərbaycanlı hücumçu Nurlan Novruzovda söz açıb.

Newsport.az xəbər verir ki, klub rəhbəri daha bir futbolçumuzu heyətlərinə qatmağı planlaşdırdıqlarını söyləyib:

"Yeni transferlərimizdən biri Nurlan Novruzovdur ki, vaxtilə Azərbaycan yığmasını təmsil edib. Ukrayna və Azərbaycandan daha iki legionerin gəlişini gözləyirik. Sonda bizim klubda qərarlaşsalar, inanıram ki, bütün xətlərimiz güclənəcək. Yerli və gənc oyunçular gəlmələrlə layiqli rəqabət aparacaqlar və rəqiblərimiz qarşısına döyüşkən komandayla çıxacağıq".

 

Xatırladaq ki, Premyer Liqamızın bombardiri olmuş 27 yaşlı Novruzov son olaraq Moldovada "Dinamo-Avto" klubunda çııxş edib. 
 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right