Türkiyə millisinin 1/4 finalı Bakıda keçirmək planı

AVRO-2020-nin final mərhələsində A qrupuna düşən Türkiyə yığması bu turnirdə uğurlu çıxış arzusundadı. Newsport.az saytının yerli mətbuata istinadən məlumatına görə, "ay-ulduzlular"ın ən azı yarımfinala qədər irəliləmək şansı yüksək qiymətləndirilir.

İtaliya, İsveçrə və Uelslə eyni qrupda yer alacaq türkiyəlilər Bakıda son iki yığma üzərində qələbə qazanaraq, 1/8 finala çıxmağın sürpriz sayılmadığını düşünürlər. Həmkarlarımız qrupun favoriti olan İtaliyanın birinciliyinə şübhə etmirlər.

Qardaş ölkə təmsilçisi təkcə qrupda yox, 1/4 finalda da Bakı Olimpiya Stadionunda iştirak etmək arzusundadı: "İtaliyanın ardından qrup ikincisi olsaq, 1/8 finalda Rusiya və ya Danimarka ilə qarşılaşacağıq. Çünki Belçika B qrupun favoritidi. İkincilik yarışında isə Danimarka daha təcrübəlidi. Danimarkanı Amsterdamda məğlub etsək, 1/4 finalda yenidən Bakıya yollanacağıq. Budəfəki rəqib isə çox güman ki, C qrupunun qalibi - Ukrayna və ya Hollandiya olacaq. Hazırkı durumda Ukrayna ilə üz-üzə gəlməyimiz daha realdı. Bakıda Ukraynanı da üstələsək, Londonda yarımfinal görəcəyik. Təqvimə nəzər yetirsək, burdakı rəqib böyük ehtimalla İngiltərə olacaq. Finala yüksəlmək şansımız çətin görünsə də, bunun xəyalını qurmaq olar. Bu yol çətin olsa da, mümkünsüz deyil".

Qeyd edək ki, qrupda ilk oyununu iyunun 12-də Romada İtaliyaya qarşı keçirəcək Türkiyə yığması həmin ayın 17-də Uels, 21-də isə İsveçrə ilə Bakıda üz-üzə gələcək.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah