Yığmamızın oyununda portuqaliyalı hakim

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Fransa ilə oyununun hakimləri müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, UEFA bu ay baş tutacaq qarşılaşmaya Portuqaliyadan olan hakimlər briqadasını təyin edib. Oktyabrın 10-dakı görüşü Antonio Emanuel Karvalyo Nobre idarə edəcək. Ona yan xətt hakimləri Nuno Pereyra və Bruno Alves Xesus kömək edəcək. Dördüncü hakim funksiyasını Elder Malheyro yerinə yetirəcək.

Qeyd edək ki, Kale şəhərində yerləşən “Stad Lepope”də keçiriləcək Fransa - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right