"Neftçi" - "Sumqayıt" oyununda əlbəyaxa dava

Azərbaycan Premyer Liqasında III turun “Nedtçi” – “Sumqayıt” oyununun sonlarında ara qarışıb.

Newsport.az-ın məlumatına görə,Matça əlavə edilmiş dəqiqələrdə Stiven Jozef-Monrozun qolunu meydan sahibi komanda böyük çılğınlıqla qeyd edib. Bütün teniki heyət meydana daxil olub. Bundan sonra “Sumqayıt” futbolçuları topu rəqibdən alıb cəld mərkəzdən başlamaq istəyib. Ancaq “Neftçi” futbolçuları topu onlara verməyib. Bu zaman iki komandanın üzv ləri arasında əlbəyaxa dava baş verib. Hətta “ağ-qaralar”ın qapıçı məşqçisi etibar Tarverdiyev “Sumqayıt”ın məşqçisi Ayxan Abbasova sillə zərbəsi vurub. "Sumqayıt"ın kapitanı Vurğun Hüseynov isə Anton Krivotsyuka yumruq zərbəsi endirib.

Bir qədər sonra mühafizə xidmətinin işçilərinin də müdaxiləsiylə tərəfləri sakitləşdirmək mümkün olub. Matçın baş hakimim Səbuhi Bayramov “Neftçi”nin futbolçusu Anton Krivotsyuk və "Sumqayıt"ın müdafiəçisi Vurğun Hüseynovu aırmızı, Bakı klubunun ehtiyat qapıçı Aqil Məmmədovu isə sarı vərəqə ilə cəzalandırıb.

Matçın final fitindən sonra ara yenidən qarışıb. Ancaq tərəfləri tez bir zamanda sakitləşdirmək mümkün olub.

Sözügedən anların videosunu təqdim edirik.






Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right