"Qarabağ" 3 milyona hücumçu alacaq?

"Qarabağ"ın transfer hədəfində olan daha bir futbolçü müəyyənləşib.

Newsport.az depo.com.ar saytına istinadən xəbər verir ki, Argentinanın "Urakan" klubunun hücumçusu Lukas Qamba ağdamlıların transfer hədəfindədir.

Xəbərdə "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazana biləcəyi halda, hücumçunu transfer etməyə çalışacağı vurğulanıb. "Qarabağ"la yanaşı, Argentinanın digər təmsilçisi "Rosario Sentral" da Qambanı transfer etmək istəyir.

"Urakan"ın ötən il transfer etdiyi futbolçunun 3 milyon dollar qiymətinin olduğu qeyd edilib. Lukasın "Urakan"la müqaviləsi 2022-ci ildə başa çatacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right