Mourinyo “Qarabağ”ın rəqibini təbrik etdi - gözlənilməz zəng

Portuqaliyalı məşqçi Joze Mourinyo "Qarabağ"ın Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi "Dundalk"ın baş məşqçisi Vinni Perti təbrik edib.

Newsport.az-ın "Irish Mirror"a istinadən yaydığı xəbərə görə, bu, İrlandiya təmsilçisinin 1-ci təsnifat mərhələsində "Riqa"nı (Latviya) penaltilər seriyasında 5:4 məğlub etməsindən sonra baş verib. "Sky Sports"un sabiq müxbiri Endi Bartonun təşəbbüsü ilə hər iki məşqçi arasında telefon danışığı olub. Perti qələbə münasibəti ilə təbrik edən portuqaliyalı mütəxəssis onunla bir neçə dəqiqə söhbət edib.

"Dundalk"ın baş məşqçisi gözlənilməz telefon zəngi ilə bağlı bunları deyib: "Mourinyodan zəng gəldi. Mən ilk dəfə səsi eşitdiyim zaman emosional idim. O, mənim qəhrəmanımdır. İnsanların son illər onun haqda nələr danışdığını bilirəm. Ancaq Mourinyo mənim üçün hər zaman bir qəhrəmandır".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right