"Favorit bizik" - "Universitatya Krayova"nın prezidenti

"Səbail"in ötən mövsümdəki çıxışına nəzər yetirdik. Onların necə fəal mövsüm keçirdiklərini  gördük". Newsport.az saytının məlumatına görə, bunu "Universitatya Krayova"nın prezidenti Sorin Çartyu deyib.

Rumıniya təmsilçisi Avropa Liqasının I təsnifat mərhələsində "Səbail"lə üz-üzə gələcək. Yerli mətbuata açıqlamasında komandasının şanslarını dəyərləndirən klub rəhbəri favorit olduqlarını söyləyib.

O, mərhələ adlamaqdan başqa heç nə düşünmədiklərini bildirib: "Hazırda rəqib barədə ətraflı məlumata malik deyilik. Ancaq tezliklə hər şeyi öyrənəcəyik. Cütün favoriti bizik. Yalnız mərhələ adlamaq barədə düşünmək məcburiyyətindəyik".

Sorin Çartyu yeni transferlərin olacağını da əlavə edib. O, həmçinin ölkəmizdə legioner həyatı yaşamış Sezar Meza Kolli ilə yollarını ayıracaqlarını da vurğulayıb: "Müzakirə aparmaq üçün bir çox variantlarımız var. Hər mövqedə iki güclü oyunçumuzun olmasını istəyirik. Ötənilki səhvlərimizi təkrarlamamalıyıq. Krayovaya gələn futbolçular nə istədiklərini bilməlidilər. Məsələn, Sezar Meza Kolli, Nuno Roşa, Donkor, Andrey Kristea kimi oyunçuların komandaya köməyi olmadı. Bizə lazım olmayanlarla yollarımızı ayıracağıq. Yeni transfer edəcəyimiz futbolçularla danışıqlar davam edir".

Qeyd edək ki, "Səbail"lə "Universitatya Krayova" arasında ilk oyun iyulun 11-də Bakıda, cavab qarşılaşması isə bir həftə sonra Krayovada baş tutacaq.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah