Millimizdən biabırçı nəticə - Lixtenşteynə uduzdu

Azərbaycan U-21 millisi AVRO-2021-in seçmə mərhələsində ilk oyununu keçirib.

Newsport.az-ın məlumatına görəMilan Obradoviçin rəhbərlik etdiyi kollektiv səfərdə Lixtenşteynə uduzub – 0:1. Matçın 9-cu dəqiqəsinə penaltidən vurulan qol oyunun taleyini həll edib.

Bu, Lixtenşteyn U-21 millisinin tarixində ilk qələbəsi olub. Sözügedən komanda əvvəlki 61 rəsmi oyununda nəinki qalibiyyət üzü görməmişdi, heç xal da qazana bilməmişdi.

Maraq üçün qeyd edək ki, bu, Azərbaycan millisinin Lixtenşteyn futbolu tarixinə ilk dəfə düşməsi deyil. Bu ölkənin əsas yığması da ilk qalibiyyətini millimizlə görüşdə əldə edib. AVRO-2000-in seçmə mərhələsində 1998-ci ildə keçirilən görüşdə Lixtenşteyn millisi Azərbaycanı 2:1 hesabı ilə məğlub edərək, tarixində ilk qələbəsini qazanıb.


6 iyun

Avropa çempionatının seçmə mərhələsi

21:00. Lixteynşteyn (U-21) – Azərbaycan (U-21) - 1:0
Qol:
 N. Frik, 10-penalti
Baş hakim: Tim Marşal (Şimali İrlandiya)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right